BP Azərbaycanda günəş və külək enerjisi sahəsində layihələrin həyata keçirilməsində maraqlıdır

BP Azərbaycanda günəş və külək enerjisi sahəsində layihələrin həyata keçirilməsində maraqlıdır
17:42 12 İyul 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Energetika naziri Pərviz Şahbazov ilə BP-nin Qlobal Upstrim Regionlar üzrə əsas əməliyyatçısı Uilliam Lin, eləcə də şirkətin Azərbaycan, GürcüstanTürkiyə üzrə regional prezidenti Qəri Counzun daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Energetika Nazirliyi ilə BP arasında bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə imzalanmış “Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər müzakirə edilib.
Energetika naziri bildirib ki, Azərbaycan Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamında bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsinin ayrıca bir istiqamət kimi vurğulanır. Bu Sərəncamla müəyyən edilmiş hədəflərə nail olunması və bərpa olunan enerji sahəsinin inkişafında BP ilə əməkdaşlıq mühüm rol oynayacaq.
Uilliam Lin də Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlıqdan və bərpa olunan enerji mənbələrindən istifadə üzrə də BP ilə əməkdaşlığa dəyər verilməsindən məmnunluğunu ifadə edib.
Görüşdə BP-nin Azərbaycanda həm günəş, həm də külək enerjisi sahəsində layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib. Bildirilib ki, gələcəkdə BP-nin iştirakı ilə həyata keçiriləcək layihələr Azərbaycanın enerji balansında bərpa olunan enerjinin payının artmasına, eləcə də dayanıqlı inkişafa töhfə verəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bp-ile-berpa-olunan-enerji-uzre-emekdasliga-dair-muzakireler-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR