BNA: "Baku Bus"a məxsus avtobuslarda kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı göstəriş verilib

BNA: "Baku Bus"a məxsus avtobuslarda kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı göstəriş verilib
18:07 12 İyul 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Baku Bus" MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib. 
Agentliyin mətbuat katibi Mais Ağayev "Report"a açıqlamasında deyib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verilib. 
"Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır", - deyə o, qeyd edib. 
Xatırladaq ki, son vaxtlar "Baku Bus"a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bna-baku-bus-a-mexsus-avtobuslarda-kondisionerlerin-islek-veziyyetde-olmas-ile-bagli-gosteris-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR