İstirahət günlərində səyahətə getmək istəyənlərə XƏBƏRDARLIQ

İstirahət günlərində səyahətə getmək istəyənlərə XƏBƏRDARLIQ
18:18 12 İyul 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda yaxın iki gündə arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Bakıda yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən, yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/284487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR