Məşhur proqramda qalmaqal - Yataq görüntüləri sızdı / FOTO

Böyük Britaniyada yayımlanan “Love İsland” proqramı qalmaqalla gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, yerli “The Sun” qəzetində yayımlanan xəbərdə yarışmada iştirakçıların cinsi yaxınlıq etdiyi vurğulanıb. İddialara görə, yarışmanın təşkilatçıları iştirakçıların və proqramın nüfuzuna xələl gətirməmək üçün həmin kadrları yayımlamır.

Televiziya rəhbərliyi də hələlik iddialara münasibət bildirməyib. Qeyd edək ki, “Love İsland” yarışmasında bəzi tanınmış simalar da iştirak edir. 2016-ci ildə proqramda iştirak edən gözəllik yarışmasının qalibi Zara Holland, açıq-saçıq səhnələrə görə “gözəllik kraliçası” tacından məhrum edilmişdi.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR