x
Loading...

Şabranlılar Çıraqqalada bayram tonqalı qaladı

Şabranlılar Çıraqqalada bayram tonqalı qaladı
10:13 10 May 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+


Şabran, 10 may, Elxan Yusifli, AZƏRTAC
Şabranlılar ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqalaya yürüş edib.
AZƏRTAC xəbər verir ki, yürüşdə iştirak edən rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin Şabranın mərkəzində ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Ənənivi olaraq təşkil olunan yürüşdə yüzlərlə şabranlı iştirak edib. Onlar qalaya gedən çətin keçilən yolu piyada qət ediblər.
Yürüş iştirakçıları Çıraqqalada təşkil olunan tədbirdə el sənətkarlarının ifasına qulaq asıb, zirvədə bayram tonqalı qalayıblar.
Çıraqqala tarixi abidə kompleksi ümummilli lider Heydər Əliyevin 23 iyun 2003- cü il tarixli sərəncamı ilə qoruq elan edilib, onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sabranlilar_CHiraqqalada_bayram_tonqali_qaladi-853879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR