Deputat hüquq-mühafizə orqanlarını ölkə rəhbərliyinə şər-böhtan atanların əməllərinə hüquqi qiymət verməyə çağırıb

Deputat hüquq-mühafizə orqanlarını ölkə rəhbərliyinə şər-böhtan atanların əməllərinə hüquqi qiymət verməyə çağırıb
19:22 12 İyul 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

"Ölkədən kənarda yaşayan mühacirlər Orduxan Teymurxan, Sevinc Osmanqızı və bu qəbildən olan digərləri Azərbaycanın əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar satqınlıq edirlər, erməni lobbisindən, Azərbaycanı sevməyən qüvvələrdən dəstək alırlar. Çalışırlar ki, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salsınlar".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov qeyd edib ki, həmin şəxslər ölkədə aparılan uğurlu iqtisadi siyasəti görməzdən gəlirlər: "Daim qarayaxma kampaniyası aparmaqla, böhtan atmaqla məşğuldurlar. Sosial şəbəkələr vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olan söyüş və təhqirlər səsləndirirlər. Təbii ki, elə satqınları Azərbaycan xalqı lənətləyir, əməllərini pisləyir. Azərbaycan nə vaxt beynəlxalq uğura imza atır, onlar hərəkətə keçirlər, əks-təbliğat aparırlar. Bunlarla bərabər, ölkə daxilində eyni mənbədən qidalanan radikal müxalifət də var. "Milli Şura" adlandırılan təşkilat, xüsusilə Cəmil Həsənli, Gözəl Bayramlı, Əli Kərimli kimi şəxslər ölkə əleyhinə təbliğat aparırlar. Azərbaycanda həyata keçirilən hər bir islahatı ləkələməyə çalışırlar. Bu il Prezident İlham Əliyev sosial rifahın yaxşılaşdırılması üçün sərəncamlar imzaladı. Radikal müxalifət bu müsbət addımı gözdən salmağa səy göstərir, aparılan islahatları öz adlarına çıxırlar. Onlar yalan danışmağa, hər şeyə mənfi münasibət göstərməyə öyrəşiblər".
Deputat vurğulayıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları ölkə, ölkə rəhbərliyinə şər-böhtan atanların əməllərinə hüquqi qiymət verməlidir: "İnanırıq ki, bu qiymət veriləcək, onlar qanun qarşısında cavab verəcəklər. Həmin şəxslər nə qədər gec deyil, Prezident İlham Əliyevdən və xalqdan üzr istəməlidirlər. Cinayət varsa, cəzası da var".


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/deputat-huquq-muhafize-orqanlarini-olke-rehberliyine-ser-bohtan-atanlarin-emellerine-huquqi-qiymet-vermeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR