Azərbaycan Prezidenti Monteneqronun dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Monteneqronun dövlət başçısını təbrik edib
19:27 12 İyul 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb. 
"Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın rifahına bundan sonra da töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-monteneqronun-dovlet-bascisini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR