Qrizman qalmaqalı - "Atletiko"dan bəyanat

"Atletiko" bu gün "Barselona"ya keçən Antuan Qrizmannın transferi ilə bağlı etiraz bəyanatı yayıb.

Metbuat.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bəyanatda fransalı hücumçu ilə müqavilənin bəndinə əsasən, iyulun 1-dən təzminat qiymətinin 200 milyon avrodan 120 milyon avroya düşdüyü bildirilib. Kataloniya təmsilçisinin son məbləği ödəyərək 28 yaşlı oyunçunun aldığı vurğulanıb.

Ancaq Madrid klubu bildirir edir ki, "Barselona" iyulun 1-nə kimi Qrizmannla transfer məsələsi ilə bağlı razılaşmaya nail olub. Buna görə klub 200 milyon avro təzminat tələb edir. "Atletiko"nun bununla əlaqədar məhkəmə müraciət etmək barədə də düşünür.

Qeyd edək ki, Qrizmann mayın 15-i Madrid təmsilçisindən ayrılacağını açıqlamışdı. O, bu gün Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR