“Google”dan etiraf: İstifadəçilər dinlənilir

“Google”dan etiraf: İstifadəçilər dinlənilir
20:42 12 İyul 2019
Ölkə mətbuatı
A- A+

"Google" etiraf edib ki, öz mütəxəssisləri istifadəçilərin şirkətin qurğularında səs köməkçisinə verdikləri əmrləri dinləyirlər.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə "Google" korporasiyasının bəyanatında deyilir.

"Google" istifadəçilər və "Google Assistant" servisi arasında danışıqların bir qismini bütün dünyadakı ekspertlərlə bölüşür.

Araşdırmaya cəlb edilmiş mütəxəssislərdən biri məxfi səs məlumatlarını sızdırdığına görə şirkət xüsusi bəyanat verməyə məcbur olub.

"Google" bununla əlaqədar araşdırma aparacağına və zəruri tədbirlər görəcəyinə dair vəd verib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/770440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR