Əmircanda maşınla vurulan qadın xəstəxanada ölüb

Əmircanda maşınla vurulan qadın xəstəxanada ölüb
20:43 12 İyul 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 65-70 yaşlı qadın yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 10-da saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 65-70 yaşlı qadın vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs iyulun 11-də orada ölüb.

Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3089788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR