Belçikada atışma ölənlər var-FOTO

Belçikada atışma ölənlər var-FOTO
02:21 16 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Belçikada 3 terrorçunun ölümü ilə nəticələnən silahlı atışma baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə Verviers şəhərində polis idarəsi terrorla mübarizə şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı baş verib. Şəhər dəmiryolu stansiyasının yaxınlığında həyata keçirilən əməliyyatın hədəfində Yaxın Şərqdən olan silahlılar olub. Əməliyyat zamanı yaxınlıqda olan evlərin sakinləri təxliyyə olunub, küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Verviersdə təhlükəsizlik tədbirlərinin çoxaldıldığı, şəhərdə hər ehtimala qarşı çox sayda təcili yardımın hazır gözlədildiyi bildirilir. Məlumata görə, əməliyyat təkcə Vierversdə yox, başda paytaxt Brüssel olmaqqla ölkənin bir çox şəhərində keçirilib.

Prokurorluq, bütün ölkədə radikal qruplaşmalara qartşı keçirilən terror əməliyyatlarında bir çox şübhəlinin saxlanıldığını açıqlayıb.



























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR