Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda yol qəzası olub, xəsarət alanlar var
22:42 12 İyul 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report" xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “Sədərək” Ticarət Mərkəzinə gedən yolda baş verib.
İki avtomobilin toqquşması zamanı 1959-cu il təvəllüdlü Məmmədova Narxanım Xeyrulla qızı və 1986-cı il təvəllüdlü Məmmədov Eldost Alim oğlu xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. N.Məmmədovaya döş qəfəsinin küt travması, E.Məmmədova isə kəllə-beyin travması diaqnozu qoyulub.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yol-qezasi-olub-xesaret-alanlar-var7868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR