Lənkəranda 18 yaşlı gənc itkin düşdü

Lənkəranda 18 yaşlı gənc itkin düşdü
23:33 12 İyul 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranın Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu itkin düşüb.

Bu barədə "Report"un Cənub Mərkəzinə onun valideynləri məlumat veriblər.

Məlumata görə, R.Axundlu ötən gün məşq etdiyi idman zalından çıxıb və evə qayıtmayıb. Onu son dəfə şəhərdə, saat 20:00 radələrində görüblər. R.Axundlunun əynində boz rəngli köynək, ağ şalvar və əlində idman çantası olub. R.Axundlunun ailəsi tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib.

Onu görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/284508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR