“Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə aparılıb

“Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə aparılıb
00:43 13 İyul 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları ilə “Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müzakirədə ekspert qismində “APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid İsmayıloğlu iştirak edib.

Azərbaycan mediasının bu günkü fəaliyyəti və perspektivləri barədə məlumat verilib, daispor fəaliyyətində medianın rolu qiymətləndirilib.

Gənclər Azərbaycan mediasının beynəlxalq əlaqələri barədə maraqlı suallar səsləndiriblər. Sosial şəbəkədə gənclərin fəallığı, xaricdə media orqanı təsis etmək imkanları, diaspor gənclərinin şəbəkələşməsində yeni medianın rolu, müasir müzakirə platformalarının yaradılması kimi məsələlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı infoqrafik diaspor xəritəsi gənclərə təqdim olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3089979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR