Azərbaycan xalçaları Fransada nümayiş etdiriləcək

Azərbaycan xalçaları Fransada nümayiş etdiriləcək
01:32 13 İyul 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan xalçaları Fransada nümayiş etdiriləcək.
"Report"un Fransa bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə Fransanın Kann şəhərində Azərbaycan xalçalarının sərgisi keçiriləcək.
Sərgidə bu qədim sənət ilə maraqlanan fransızlar və xarici qonaqlar adətlərimizin, ənənələrimizin və inanclarımizin ayrılmaz hissəsi olan xalçalarımız, habelə yeni dekorativ motivlər əsasında toxunulmuş Azərbaycan xalçaları ilə tanış olacaqlar.
Sərgi iyulun 14-dən avqustun 18-ə qədər davam edəcək.




Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycan-xalcalari-fransada-numayis-etdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR