Yevlaxda meşə ərazisində yanğın başlayıb, xəsarət alan var

Yevlaxda meşə ərazisində yanğın başlayıb, xəsarət alan var
01:42 13 İyul 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Yevlax rayonunda meşə ərazisində yanğın başlayıb.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, yanğın gecə saatlarında qeydə alınıb.
Belə ki, ildırım meşədəki ağacları vurub və bundan sonra yanğın başlayıb. Yerli idarəetmə orqanlarının və meşə təsərrüfatının işçiləri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə eyni zamanda 8 yanğınsöndürən avtomobil də cəlb edilib. Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı - 1983-cü il təvəllüdlü Vasif Məhərrəmov da tüstüdən zəhərlənib. O, Yevlax rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə çatdırılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-mese-erazisinde-yangin-baslayib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR