Səfir: "Paris və Bakı arasında siyasi dialoq sürətlənir"

Səfir: "Paris və Bakı arasında siyasi dialoq sürətlənir"
03:02 13 İyul 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

"FransaAzərbaycan arasında siyasi dialoq yüksək səviyyədə əlaqələr nəticəsində sürətlənir".
“Report” xəbər verir ki, bu fikirləri Fransanın Azərbaycandakı səfiri Aureliya Buş ölkəsinin Milli Bayramı münasibətilə Bakıda keçirilən qəbulda bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin 20 iyulunda Parisə səfəri və Fransa prezidenti Emmanuel Makronla görüşü ikitərəfli əməkdaşlıq məsələsində irəliyə doğru yeni addım oldu. Hər iki ölkənin Xarici İşlər Nazirliyinin başçıları həmçinin tez-tez görüşməkdə davam edirlər - onlar artıq bu ilin başlanğıcından iki dəfə - yanvarda və mayda Parisdə görüşüblər", - deyə səfir bildirib.
O, həmçinin Azərbaycanın "çoxqütblü siyasəti" sayəsində Xəzər regionunda sabitliyə əhəmiyyətli töhfə verdiyini qeyd edib.
A.Buşe əlavə edib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir.
Öz növbəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanı Milli Bayram münasibətilə təbrik edib.
"Ümid edirik ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün öz səylərini artıracaq", - deyə Xələfov bildirib.
Onun sözlərinə görə, münaqişə üzrə mövcud status-kvo qəbuledilməzdir.
Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanın orta təhsil müəssisələrində fəal şəkildə fransız dili öyrədilir. Fransız dili Azərbaycanda 338 məktəbdə və 7 universitetdə tədris edilir. Ümumilikdə fransız dilini 50 min məktəbli və ali məktəblərin 5 min tələbəsi öyrənir.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-paris-ve-baki-arasinda-siyasi-dialoq-suretlenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR