Dünyada 25 milyon qurğu “Agent Smith” virusuna yoluxub

Dünyada 25 milyon qurğu “Agent Smith” virusuna yoluxub
07:12 13 İyul 2019
Ölkə mətbuatı
A- A+

İsrailin kibertəhlükəsizlikdə ixtisaslaşan "Check Point" şirkəti internetdə "Agent Smith" adlı virus aşkarlayıb.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, zərərli proqram artıq 25 milyon istifadəçini yoluxdurub. Virus quraşdırılmış proqramlara müdaxilə etdikdən sonra daha çox reklam göstərməyə başlayır. Məsələn, "WhatsApp", "Opera Mini" və ya "Flipkart" kimi məşhur proqramlar onun qurbanları olub.
 
Qeyd edək ki, bir müddət əvvəl ekspertlər tərəfindən "Google Store" onlayn mağazasında istifadəçi məlumatlarını oğurlayan 1,3 mindən çox mobil əlavə aşkarlanıb. Mütəxəssislər ümumilikdə 88 minə yaxın proqramı tədqiq ediblər.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/770311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR