Gimnastımız Universiadada gümüş medal qazanıb

Gimnastımız Universiadada gümüş medal qazanıb
07:17 13 İyul 2019
66 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib.

Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75.425 xal toplayıb və bununla da 32 idmançı arasında 2-ci yerdə qərarlaşıb.

Gimnastımız həmçinin, mümkün 4 finalın hər birində finala vəsiqəni də təmin edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/770479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR