x
Loading...

Keçid balları artırılır

Keçid balları artırılır
10:31 10 May 2015
283 Sosial
Ölkə mətbuatı
A- A+

Bu il I ixtisas qrupunda Təhsil Nazirliyinin müəyyən etdiyi şərtlərə uyğun olaraq müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 200 deyil, 250, bir ixtisasda isə 300 olacaq.

ANS PRESS-in məlumatına görə, tələbə qəbulu üzrə dövlət komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, həmin ixtisasların adları yaxın günlərdə açıqlanacaq. Onun sözlərinə görə, indiyənədək bu tələb dövlət sifarişli ixtisaslar üçün qoyulurdu.

M.Abbaszadə deyib ki, təhsil müddətində müəllimlər qəbul imtahanlarında 200 və 300 bal toplayan tələbələrin akademik göstəriciləri arasında fərqin olduğunu görürlər. Qəbul imtahanında yüksək bal toplayan tələbənin akademik göstəriciləri də yüksək olur: " İndi qoyulan şərtlər keçən ilki səviyyədədir. Dövlət sifarişli bütün ixtisaslarda müsabiqəyə buraxılmaq üçün 300 bal tələb olub. Qəbul intahanlarında əsas müsabiqə vəziyyəti də dövlət sifarişli ixtisaslarda olur".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=343554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR