"Tour d’Azerbaidjan-2015": sonuncu mərhələ start götürdü - YENİLƏNİR

"Tour d’Azerbaidjan-2015": sonuncu mərhələ start götürdü -   YENİLƏNİR
11:37 10 May 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" veloyürüşündə 5-ci mərhələyə start verilib. Fanat.az xəbər verir ki, sonuncu mərhələ Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutur və mötəbər yarış öncəsi son sınaq xarakteri daşıyır.

Start və finiş xətti "Azadlıq Meydanı"nda olan bu mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət edəcəklər.

Saat 10:45-də mərhələyə start verilib. İdmançıların finiş xəttinə 14:00-da çatması planlaşdırılır.

Qeyd edək ki, televiziya tamaşaçıları saat 12:45-dan etibarən 5-ci mərhələni "Eurosport-2" və "İdman Azərbaycan" kanalları vasitəsilə canlı izləyə bilərlər.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quottour-dazerbaidjan-2015quot-sonuncu-mrhl-start-goturdu-t40651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR