Dəstəmazın cismi təsir və dünyəvi bərəkətlər baxımından faydaları

Dəstəmazın cismi təsir və dünyəvi bərəkətlər baxımından faydaları
21:52 13 İyul 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dəstəmazın iki faydası vardır. Biri cismi təsir və dünyəvi bərəkətlər cəhətdəndir, biri isə mənəvi təsir və axirəvi cəhətdəndir. Dəstəmazın cismi təsir və dünyəvi bərəkətlər baxımından faydaları ilə tanış olaq.

1. Ömrün uzanmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Ənəs! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzatsın.

Milli.Az islam.az-a istinadən bildirir ki, bacarsan gecəni də, gündüzü də dəstəmazlı ol. Əgər dünyadan dəstəmazı halda getsən, şəhidin savabına malik olacaqsan".

2. Hacətin yerinə yetməsi. İmam Sadiq (ə) buyurur: "Mən təəccüb edirəm o kəsə ki, dəstəmazlı halda hacət və iş dalınca gedər, amma hacəti yerinə yetməz".

3. Şəhidin savabına malik olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dəstəmazlı halda yatarsa, əgər gecə ölüm sorağına gələrsə - bu şəxs dünyadan şəhid gedər".

4. Dəstəmazlı yuxu. Peyğəmbər (s) buyurur: "Hər kim dəstəmazlı halda yatarsa - yatağı məscid olar. Yuxuda namazla məşğul olar o vaxta qədər ki, gecəni səhər edər. Əgər kimsə dəstəmazsız yatarsa - yatağı onun üçün qəbir olar. Səhərə qədər ölmüş insan kimi olar".

5. Ruzinin artmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: "Yeməkdən əvvəl və sonra dəstəmaz almaq - ruzinin artmasına səbəb olar".

6. Qəmin aradan getməsinə səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: "Yeməkdən əvvəl alınan dəstəmaz yoxsulluğun aradan getməsinə və ondan sonra alınan dəstəmaz isə qəmin aradan getməsinə səbəb olar".

7. Qəzəbi yatızdırar. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman sizlərdən biriniz qəzəblənsə, dəstəmaz alsın".

Dəstəmaz insanın təharətli olmasına, eləcə də gigiyena baxımından təmiz olmasına səbəb olar. Ona görə də insanı çox sayda viruslardan qoruyar. Amma bu, dolayı xeyirlərdəndir. Əsas xeyirləri - insanın mənəvi halına və savab yiyəsi olmasına güclü yardım göstərməsindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/770365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR