6000-dən çox idmançı yarışacaq

6000-dən çox idmançı yarışacaq
03:31 16 Yanvar 2015
159 İdman
Ölkə mətbuatı
A- A+

İyunun 12-dən 28-dək təşkil olunacaq I Avropa Oyunlarında 253 dəst medal sahibini tapacaq.

ANS PRESS-in məlumatına görə, 6000-dən çox idmançı 20 növ üzrə 16 məkanda mübarizə aparacaq. İdman növlərindən 16-sı olimpiya, 4-ü qeyri-olimpiya növü olacaq. 11 növ üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya paylanacaq. 2014-cü il Soçi Qış Olimpiya Oyunları ilə müqayisədə Avropa Oyunlarına gələnlərin sayı 2 dəfə çox olacaq.

İdmanın 20 növü üzrə 6000-dən artıq atlet seçim meyarı əsasında müəyyənləşdiriləcək. Bunlar kamandan oxatma, su idman növləri (üzgüçülük, su polosu, suyatullanma, atletika, badminton, basketbol, boks, kanoe, velosiped, çimərlik futbolu, gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika), cüdo, karate, atıcılıq (stend və güllə), stolüstü tennis, taekvondo, sambo, triatlon, voleybol (zal və çimərlik), güləş və qılıncoynatma növləridir.

Bütün növlər üzrə yarışlarda Azərbaycan idmançıları birbaşa təmsil oluna biləcəklər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR