x
Loading...

​Missisipi ştatında iki polis əməkdaşı qətlə yetirilib

​Missisipi ştatında iki polis əməkdaşı qətlə yetirilib
11:47 10 May 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Баку. 10 мая. REPORT.AZ/ Amerikanın Missisipi ştatının cənubunda yerləşən Hatisburq şəhərində naməlum cinayətkar tərəfindən iki polis əməkdaşı vəzifələrinin icrası zamanı güllələnib. Bu barədə "Report" "Газета.Ru."ya istinadən xəbər verir.
İstintaq nəticəsində müəyyən olunub ki, biri qadın, digəri kişi olmaqla, iki polis nəfəri şənbə günü axşam aldığı güllə yaraları nəticəsində həlak olublar. Hazırda cinayəti törədən şəxsin axtarışları həyata keçirilir. Əməliyyat başa çatana qədər yerli sakinlərə evlərini tərk etməmək tövsiyə olunub.
Yerli KİV məlumat verir ki, bu kimi hal 30 il ərzində şəhərdə baş verən yeganə hadisədir. Hadisənin təfarrüatları haqqında hələ məlumat verilmir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/missisipi-statinda-iki-polis-neferi-qetle-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR