Azərbaycan çempionu qisasını aldı

Azərbaycan çempionu qisasını aldı
03:41 16 Yanvar 2015
151 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunları davam edir. ANS PRESS-in məlumatına görə, "Rabitə" Çexiyanın "Agel" klubunu qəbul edib.

İlk dövrənin son görüşündə səfərdə rəqibinə tay-brekdə uduzan son illərin dəyişməz Azərbaycan çempionu Bakıda qisas almağı bacarıb. Komandamız "Agel"ə 3:1 hesabı ilə qalib gəlib.

Aktivinə daha 3 xal əlavə edən "Rabitə" pley-off istəyinə bir qədər də yaxınlaşmaqla yanaşı, CEV Kubokuna vəsiqəni təmin edib. Bakı təmsilçisinin Çempionlar Liqasında yoluna davam etmək üçün V turda da eyni uğuru təkrarlamalıdı. Çünki 6 xala malik “Rabitə” ilə “Dinamo” ikinci yerin taleyinə Kazanda baş tutacaq matçda aydınlıq gətirəcək.

Qeyd edək ki, qrupun digər oyununda "Ximik" (Polşa) "Dinamo"ya (Rusiya, Kazan) 3:1 (16:25: 25:14: 25:19; 25:22) hesabı ilə qalib gəlib.

Voleybol
Çempionlar Liqası
A qrupu, IV tur

15 yanvar
Rabitə (Azərbaycan) - Agel (Çexiya) 3:1 (25:21, 25:12, 23:25, 25:15)
Hakimlər: Salviss Kurtiss (Latviya), Mifxaylo Medved (Ukrayna).
"Sərhədçi" Olimpiya Mərkəzi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR