Xərçəng olan məşhur müğənninin həyat eşqi (FOTO)

Xərçəng olan məşhur müğənninin həyat eşqi (FOTO)
03:56 16 Yanvar 2015
258 Şou
Ölkə mətbuatı
A- A+

Üçüncü dəfə xərçəng xəstəliyinə yaxalanan türkiyəli məşhur müğənni pərəstişkarlarından biri üçün ümid işığı olub.

ANS PRESS-in məlumatına görə, Türkiyənin ən məşhur bəstəkar və müğənnilərindən biri, 65 yaşlı Kayahanda xərçəng xəstəliyi fəal olaraq qalmaqdadır.

O, yaşadığı çətinliklərə baxmayaraq, yenə həyatdan ümidini üzmür və onunla eyni taleyi paylaşanlara dəstək olmağa çalışır.

Müğənni ötən günlərdə xərçəng xəstəliyindən əziyyət çəkən bir pərəstişkarını həyat yoldaşı İpək Açarla birlikdə qəbul edib. Görüşdə sənətçi, pərəstişkarına kefini pozmamağı, xəstəliyə bu şəkildə qalib gələ biləcəyini söyləyib.

Qeyd edək ki, Kayahan hazırda İstanbuldakı xəstəxanalardan birində həftədə bir neçə dəfə kimyəvi terapiya kursu alır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=319999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR