Səfir: "ABŞ insanları bir araya gətirməkdə idmandan istifadə etmək fikrini dəstəkləyir"

13:07 10 May 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

"Birləşmiş Ştatlar Avropada yerləşmədiyi üçün bu oyunlarda iştirak etməyəcək. Amma biz bütün iştirakçılara və Azərbaycan idmançılarına uğurlar arzulayırıq", - səfir deyib. 
Səfir Avropa oyunları ərəfəsində Azərbaycana Amerikanın müxtəlif siyasi dairələrindən edilən təzyiqlərə olan münasibət bildirərib: "Digər ölkələr də ABŞ-da insan haqları məsələsini tənqid və təhlil edirlər. Hesab edirəm ki, burada qəbahətli heç nə yoxdur və bu cür tənqid və təhlil bütün ölkələr araslnda dialoqun bir hissəsidir".
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səfir qeyd edib ki, danışıqlara məsul olan Minsk qrupunun həmsədrləri bu il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil etmək üçün iki ölkənin xarici işlər nazirləri ilə görüşlər keçiriblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/baki-2015/sefir-abs-insanlari-bir-araya-getirmekde

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR