Kənddə baş tutan nişanda 231 nəfər zəhərləndi - Dəhşətli hadisə

Türkiyənin Rizə bölgəsində nişanda 231 nəfər zəhərlənib.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, dünən axşam Armağan kəndində baş tutan nişanda bəzi şəxslərdə mədə bulanması kimi hallar yaşanmağa başlayıb. Yemək yeyəndən yarım saat sonra hər kəsin halı pisləşməyə başlayıb.

Nəticədə təcili yardım maşınları çağırılıb və həmin şəxslər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıblar. Ümumilikdə xəstəxanaya 231 nəfər aparılıb.

Həkimlər araşdırma aparmaq üçün nişanda verilən yeməkdən nümunələr götürüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR