Charlie Hebdoya etiraz edin!

Charlie Hebdoya etiraz edin!
04:31 16 Yanvar 2015
111 Sosial
Ölkə mətbuatı
A- A+

“Dünya Müsəlman Alimlər Birliyi” bütün dünyanı “Charlie Ebdo”da nəşr olunan karikaturalara etiraz etməyə çağırıb. ANS PRESS-in məlumatına görə birliyin hədəfi İslam peyğəmbəri ilə yanaşı digər peyğəmbərlərin karikatura və təhqirlərinə də etiraz etməkdir.

“İslam ümmətini, Həzrəti Muhammədə (S) və digər peyğəmbərlərə və ya müqəddəs dinlərə olan təhqirlər qarşısında dünya ictimaiyyətinin də etirazını doğuracaq leqal, sülhməramlı aksiyalar keçirməyə dəvət edirik”.

Alimlər birliyi həmçinin müsəlman ölkələrin hökumətindən, peyğəmbərləri və səmavi dinləri təhqir etməyi cinayət sayan qanun hazırlaması üçün BMT qarşısında tələb qaldırmağa dəvət edib:

“Dünya Müsəlman Alimlər Birliyi din xadimlərini, hər cür ekstremizmdən uzaq dayanaraq insanları doğru yola çağırmağa dəvət edir. Fikir azadlığı adı altında fitnə yaymağın ağıllı biri tərəfindən qəbul olunması mümkün deyildir. İslam, Qurani Kərim və peyğəmbərə təhqirlərin davam etməsinin dəhşətli nəticələri ola bilər, çünki bu hərəkətlər zorakılıq yaradır. Həqiqətin tərəfində olaraq təhqir karikaturalarına etiraz edən və “azadlıqçıları” vicdanlı olmağa səsləyənlərə təşəkkür edirik”.

Xatırladaq ki, karikatur jurnalı “Charlie Hebdo” yanvarın 7-də terrorçuların hücumuna məruz qalıb və nəticədə 12 nəfər ölüb. Hadisə, jurnalda bir vaxtlar İslam peyğəmbərinin karikaturalarının dərc olunması bəhanə edilərək müsəlmanların üzərinə atılıb. Ötən gün isə jurnal üz qapağında peyğəmbərin karikaturalarını yenidən nəşr edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=320004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR