Bəzi ixtisasların keçid balı artırıldı

Bəzi ixtisasların keçid balı artırıldı
13:11 10 May 2015
526 Şou
Ölkə mətbuatı
A- A+

"Bu il I ixtisas qrupunda Təhsil Nazirliyinin müəyyən etdiyi şərtlərə uyğun olaraq 6 ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 200 deyil, 250, bir ixtisasda isə 300 olacaq".

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, həmin ixtisasların adları yaxın günlərdə açıqlanacaq. Onun sözlərinə görə, indiyənədək bu tələb dövlət sifarişli ixtisaslar üçün qoyulurdu.

TQDK sədri deyib ki, təhsil müddətində müəllimlər qəbul imtahanlarında 200 və 300 bal toplayan tələbələrin akademik göstəriciləri arasında fərqin olduğunu görürlər:

"Qəbul imtahanında yüksək bal toplayan tələbənin akademik göstəriciləri də yüksək olur. İndi qoyulan şərtlər keçənilki səviyyədədir. Dövlət sifarişli bütün ixtisaslarda müsabiqəyə buraxılmaq üçün 300 bal tələb olub. Qəbul imtahanlarında əsas müsabiqə vəziyyəti də dövlət sifarişli ixtisaslarda olur".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=30301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR