“Keşikçidağ”da azərbaycanlı sərhədçilərlə insident - DİN işə qarışdı

Gürcüstanın Daxili İşlər Nazirliyi ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb.

Metbuat.az bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən bildiriblər ki, Gürcüstan-Azərbaycan sərhədində,“Keşikçidağ” sahəsində yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib. Lakin insident qısa müddət ərzində aradan qaldırılıb və hazırda vəziyyət stabildir.

Mətbuatın yazdığına görə, münaqişəyə səbəb guya azərbaycanlı sərhədçilərin kilsədən ikonanı icazəsiz çıxarmaları olub. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR