“Boko-Haram”ın törətdiyi dağıntılar (FOTO)

“Boko-Haram”ın törətdiyi dağıntılar (FOTO)
04:36 16 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Boko-Haram silahlılarının hücumuna məruz qalan Nigeriya şəhərlərinin peykdən çəkilən görüntüləri yayımlanıb.

ANS PRESS-in məlumatına görə, "Digital Globe" tərəfindən göstərilən görüntülərdə dağıntı və qətllərin yer aldığı ərazilər yer alıb. Bu barədə BBC xəbər yayıb.

"Amnesty İnternational" hüquq müdafiə təşkilatının məlumatına əsasən yanvar ayı ərzində silahlıların Baqa və Doron Baqaşəhərlərinə basqınları nəticəsində 3 min yarımdan artıq bina uçurulub.

Yerli sakinlər Boko-Haram hücumlarında 2 min adamın qətlə yetirildiyini deyirlər.

Hərçənd ki, rəsmi məlumatlarda 150 adamın öldürüldüyü göstərilir.

Hücumların qəddarlığını qeyd edənlər, yaşlı qadın və uşaqların öldürüldüyünü deyirlər.

Boko-Haram qrupu Nigeriyanın şimalı ilə yanaşı qonşu Çad və Kamerun ərazilərində xilafət yaratmaq niyyətində olduğunu bildirir.

Qeyd edək ki, təşkilat müsəlmanların Qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq qadağan edir.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR