Heydər Əliyev sevgisi...

Heydər Əliyev sevgisi...
13:26 10 May 2015
84 Şou
Ölkə mətbuatı
A- A+

Uşaq yaşlarımda hər zaman həmyaşıdlarımdan seçilirdim.

Digər qızlar kimi hansısa müğənniyə və yaxud film ulduzuna deyil, ona pərəstiş edirdim. Fikrimcə, əgər bir insan 10 yaşlı qızcığazın sevgisini qazanmağı bacarıbsa, deməli, o, doğrudan da dahidir.

Bir məqamı indiyədək xatırlayıram. Üçüncü sinifdə oxuyarkən sinif yoldaşlarımla mübahisə zamanı deyirdim ki, mən böyüyəndə prezidentimiz kimi güclü olacağam, hər kəs mənə heyran olacaq.

Dərslərimi yaxşı oxuyurdum. Bitkilərin sirlərini öyrənirdim, onların tərkibləri ilə maraqlanırdım, təbiətlə tez-tez təmasda olurdum. Böyüyəndə nə olacacağımı soruşanda “arıqladan həkim” cavabını verirdim. Halbuki, heç o vaxtlar bu elmlə məşğul olanlar yox idi.

Bir dəfə tədbirlərin birinə ulu öndərimizin qatılacağını eşitdim. Atama yalvardım ki, məni də həmin tədbirə aparsın. Onu razı salmaq üçün dərslərimdən ardıcıl əla qiymətlər aldım.

Həyatımın ən sevimli, xoşbəxt anlarını yaşayırdım. Çünki ulu öndərimizi görəcəkdim. Ona böyük sevgim var idi. Qəlbimdə böyük heyranlıq, hörmət bəsləyirdim. Mərasimdə açılış lentini kəsmək üçün ulu öndərimizə mən təqdim etdim. Çox sevinirdim. Nəhayət ki, arzularım reallığa çevrilmişdi.

Onu görəndə digər uşaqlar kimi “sizi çox sevirəm”, “sizinlə fəxr edirəm” sözlərini demək istədim. Amma çox utandım. Çünki mən hər zaman sevgimi ürəyimdə saxlamışam.

Heydər Əliyev Azərbaycanı ayağa qaldırdı, düşmənləri diz çökdürdü. İndi isə onun yolunu prezidentimiz, Ali Baş Komandan İlham Əliyev ləyaqətlə davam edir. İlham Əliyev ölkəmizi birincilər sırasına daxil etdi. İndi ən böyük dövlətlər də Azərbaycana həsəd aparırlar. Çünki onlardan daha güclüyük, qüdrətliyik.

İlk görüşdən sonra ulu öndərimizi yenidən görməyi çox arzu etmişdim. Qarşıma məqsəd qoymuşdum ki, böyüyəcəm və öz bacarığımla, istedadımla mərhum prezidentimizin diqqətini çəkəcəyəm. Çox təəssüf…

Bu gün ulu öndərimizin məzarını ziyarət edəcəyəm. İlk dəfədir gedirəm, çünki hələ də onun dünyasını dəyişdiyinə inanmıram, bu gün də həyatda olduğunu düşünürəm. Ulu öndərimizi hər dəfə yuxumda görərkən işlərimdə daha da böyük uğurlar əldə edirəm.

Ulu öndər - Mənim həyatda ən çox sevdiyim insan. Allah sizə rəhmət eləsin. Ad gününüz mübarək!

Həkim-dietoloq Ləman Süleymanova


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=30303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR