x
Loading...

Aİ nümayəndəsi: Azərbaycan və Ermənistan Riqada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

12:27 10 May 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 10 May 2015 13:25 ]

Bakı - APA. Azərbaycan və Ermənistan tərəfi 21-22 may tarixlərində Latviyanın paytaxtı Riqada baş tutacaq “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

 

“Sammit çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya ya Azərbaycan və Ermənistan prezidentlərinin, ya da iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edəcək”, - deyə Aİ rəsmisi qeyd edib.

 

O bildirib ki, münaqişənin həllinə qədər ATƏT-in Minsk Qrupunun formatı dəyişməyəcək.

 

“Biz amerikanlı, rus və fransız həmkarlarımızın münaqişənin həllinə dair səylərinə inanırıq. Təəssüf ki, bu, çox çətin prosesdir”, - deyə Aİ nümayəndəsi vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR