Ərəb şirkəti Krıma yarım milyard investisiya qoyur

Ərəb şirkəti Krıma yarım milyard investisiya qoyur
20:05 15 İyul 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bəhreynin investisiya şirkətlərindən biri Krımdakı infrastruktur layihələrinə 500 milyon avro investisiya qoymağı planlaşdırır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "İzvestiya" şirkətin Mərkəzi və Şərqi Avropa üzrə nümayəndəsi Ştefan Dovinə istinadən yayıb.

Ayrılan vəsaitin yolların təmiri, dəmiryolu layihələri və digər istiqamətlərə xərclənəcəyi bildirilib.

Dovin sanksiyalara məruz qalmaması üçün şirkətinin adının çəkilməməsini istəyib.

Bəhreyn şirkətinin nümayəndələrinin artıq Krımda olduğu və öz planlarının reallaşdırılmasına ilin sonundan başlayacaqları vurğulanıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/770960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR