x
Loading...

"Ulu öndər Heydər Əliyevin elm və təhsildə əsasını qoyduğu islahatlar bu gün də öz bəhrəsini verir"

"Ulu öndər Heydər Əliyevin elm və təhsildə əsasını qoyduğu islahatlar bu gün də öz bəhrəsini verir"
13:05 10 May 2015
169 Sosial
Ölkə mətbuatı
A- A+

“Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə elm və təhsilə böyük diqqət və qayğı göstərib və təhsil çox yüksəklərə qalxıb”. Bunu Trend-ə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov deyib.

A.Məhərrəmov qeyd edib ki, bütün ixtisas sahibləri həmişə hesab edirlər ki, ümummilli lider onların sahəsi üzrə tarixi xidmətlər göstərib: “Doğrudan da bu belədir. İnşaatçılar deyirlər ki, ümummilli lider o sahəni daha çox canlandırıb, memarlar da o cür deyirlər, humanitar sahənin mütəxəssisləri də deyirlər ki, ümummilli lider o sahəni daha çox canlandırıb. Ancaq ümumiyyətlə götürəndə, ulu öndər ən çox təhsilin himayədarı olub. Yəni ulu öndərin dövründə təhsil çox yüksəklərə qalxıb”.

Rektor bildirib ki, ulu öndər Heydər Əliyev birinci və ikinci hakimiyyəti dövründə həm ölkədə islahatlar aparıb, həm də tələbələri xaricdə təhsil almağa göndərməklə Azərbaycanda intellektual səviyyəni, elmi potensialı xeyli gücləndirib: “Bu gün Azərbaycanda rəhbər işçilərin çoxu, ictimai-siyasi xadimlər, aparıcı alimlər, müəssisə rəhbərlərinin əksəriyyəti ümummilli liderin dövründə xaricdə təhsil alan insanlardır, onlardan da biri mən özüməm. Mən göndərişlə Moskva Dövlət Universitetində təhsil almışam. Əlbəttə, bu gün də bu siyasət uğurla davam etdirilir. Mən həmişə demişəm, yenə də qeyd etmək istəyirəm ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt çox xoşbəxtdir ki, ümummilli liderin siyasi kursu ölkədə uğurla aparılır”.

A.Məhərrəmov əlavə edib ki, bugünkü təhsildə aparılan islahatlar ümummilli liderin vaxtilə əsasını qoyduğu islahatlar müstəvisi ilə sıx əlaqədardır.

BDU rektoru vurğulayıb ki, müstəqillik illərində ulu öndər təhsil sistemində baş verən boşluqları, deformasiyaları aradan qaldırmaq üçün böyük qüvvə sərf edib: “O zaman ölkənin ciddi problemlər içində olmasına baxmayaraq, ulu öndər Heydər Əliyev özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söyləyib, çıxış yollarını göstərib. Ona görə də uğurlarımız çox böyükdür. Bu günlər biz hamımız ümummilli liderin 92-ci doğum gününü qeyd edirik və hamımız fəxarət hissi ilə qeyd edirik ki, doğrudan da ulu öndərin əsasını qoyduğu bu islahatlar, xüsusən, elmdə və təhsildə bu gün öz bəhrəsini verir”.

A.Məhərrəmov ümummilli liderin Azərbaycan dilinin inkişafı sahəsində də xidmətlərini yüksək qiymətləndirib: "Ulu öndər ana dilimizi xalqımızın ən böyük milli sərvəti hesab edirdi. Ümummilli lider dövlət müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə əlverişli şərait yaratdı. Ulu öndər Azərbaycan dilini müstəqil dövlətçiliyin əsas rəmzlərindən saymaqla onun inkişafı, zənginləşməsi və saflaşması, milli həmrəyliyin əsas leytmotivinə çevrilməsi naminə daim xüsusi tədbirlər həyata keçirib”.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/339617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR