“iPhone”un “kitayski” rəqibi çıxdı (VİDEO)

“iPhone”un “kitayski” rəqibi çıxdı (VİDEO)
05:26 16 Yanvar 2015
200 Digər
Ölkə mətbuatı
A- A+

Çində istehsal olunan "Xiaomi" smartfonlarının paytaxt Pekində təqdimatı keçirilib.

ANS PRESS-in məlumatına görə, təqdimat zamanı iki yeni model - "Mi Note" və "Mi Note Pro" smartfonları nümayiş etdirilib. Bu barədə BBC xəbər yayır. Təhlilçilər bu modellərin "Apple" şirkətinin buraxdığı "iPhone" telefonlarına ciddi rəqabət təşkil edəcəyini güman edirlər.

Yeni modelləri təqdim edən "Xiaomi şirkətinin direktoru Lei Jun Mi Note smartfonunun "iPhone 6 Plus"dan həm nazik, həm yüngül olduğunu bildirib.
Yeni samrtfonun ekran diaqonalı 5,7 düym, qalınlığı 6,95 mm, çəkisi 161 qramdır. Bu isə "Xiaomi"nin yeni modelinin "iPhone 6 Plus"dan 1.05 mm nazik və 11 qram yüngül olması deməkdir.

"Mi-Note" smartfonun baza modelinin 16 GB həcmli yaddaşı, 3 GB əməli yaddaşı və 4-nüvəli Snapdragon 801 prosessoru var.
Smartfonun qiyməti 2299 yuan ( 371 dollar) olacağı deyilib, bu isə "iPhone 6 Plus" və "Samsung Galaxy Note 4" smartfonlarından 2 dəfə ucuz qiymət deməkdir.

Yeni modellərin hər ikisində 13 meqapiksel və 4 meqapiksellik ön və arxa kameralar quraşdırılıb.

Təhlilçilərin qeyd etdiyi kimi, "Xiaomi" 2014-cü ildə ən böyük sürətlə inkişaf edən smartfon istehsalı şirkəti olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR