Ulu Öndərə anadan olmasının 92-ci ildönümü Ağsuda silsilə tədbirlərlə qeyd olunub

Ulu Öndərə anadan olmasının 92-ci ildönümü Ağsuda silsilə tədbirlərlə qeyd olunub
14:08 10 May 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 10 may, AZƏRTAC.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Ağsuda silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mayın 10-da Ağsu şəhərindəki Heydər Əliyev parkında keçirilən mərasimdə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün çətinlikləri dəf edərək müasir, müstəqil dövlətin qurulması və inkişafında gördüyü işlərdən danışıb. Ümummilli Liderin uzaqgörən xarici siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin heykəli önünə əklil və gül dəstələri qoyublar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Ondere_anadan_olmasinin_92_ci_ildonumu_Agsuda_silsile_tedbirlerle_qeyd_olunub-853910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR