ADİU tələbələrinin əl işi gül bayramında nümayiş etdirilib

ADİU tələbələrinin əl işi gül bayramında nümayiş etdirilib
14:09 10 May 2015
130 Sosial
Ölkə mətbuatı
A- A+

Səbail rayonu “Sahil bağı”nda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunan ənənəvi gül bayramı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə sənaye və energetika naziri Natiq Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və digər qonaqlar iştirak edib. Səbail rayonunun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil  müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı “Sahil bağı”nında ADİU-nun tələbələrinin əl işlərindən ibarət maraqlı gül ekspozisiyaları da yer alıb. Çıçəklərdən hazırlanan müxtəlif fiqurlar arasında ulu öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Qız qalasının, paytaxtın yeni simvoluna çevrilən “Alov Qüllələri” Kompleksinin, “Səbail” gəmisinin, 2015-ci ildə Bakıda keçiriləcək  Birinci Avropa Olimpiya Oyunlarının embleminin və güllə işlənmiş başqa ornamentlər bayram iştirakçılarının diqqətini cəlb edib.
















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR