Sosial media fenomeni izləyicisi tərəfindən vəhşicəsinə öldürüldü

Amerika Nyu-Yorkda yaşayan 17 yaşlı sosial media fenomeni Bianca Devis sevgilisi olduğu deyilən bir izləyicisi tərəfindən faciəvi şəkildə öldürülüb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, adı açıqlanmayan qatil Devisin cansız bədənini parçalayaraq fotosunu “ bunun üçün üzr istəyirəm. O, dünyada başqa birini tapacaqsan” sözləri ilə sosial media hesabında paylaşıb.

Nyu-Yorkda baş verən hadisədə polisə bir adamın intihara cəhd etdiyi məlumatı çatıb. Hadisə yerinə gedən polis bədəninə bıçaqla cızıqlar atan adamla qarşılaşıb. Polisin sözləri ilə intihardan vaz keçən adam sevgilisini öldürdüyünü və parçalara ayırdığını etiraf edib. Axtarışlara başlayan polis Bianca Devisin parçalara ayrılmış cansız bədənini tapıb.

Gənc fenomenin ölüm xəbəri izləyicilərini yasa boğub.


https://metbuat.az/news/1225362/dunyaca-meshur-bokscu-dunyasini.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR