Bakı Nəqliyyat Agentliyi "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayırıb

Bakı Nəqliyyat Agentliyi "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayırıb
16:17 16 İyul 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın AlbaniyaPartizani”si ilə Bakıda keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin  cavab oyununa azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb.
“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolsevərlərin matçın baş tutacağı Mərdəkandakı “Dalğa Arena”ya rahat gedib-gəlişlərini təmin etməkdən ötrü Ağdam təmsilçisinin Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb.
Beləliklə, iyulun 17-də saat 18:30-dan 19:45-dək “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək.
“Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu”ya geri qaytaracaq.
Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/baki-neqliyyat-agentliyi-qarabag-in-oyunu-ucun-xususi-avtobuslar-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR