Bu ölkə yenidən nüvə silahı sınaqlarına başlayır

"ABŞ ilə Şimali Koreya arasında davam edən və Koreya yarımadasının işğal planı olaraq görülən manevr və sınaqlar nüvə proqramlarının yenidən başladılmasını düşünməyə vadar edir".

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bu açıqlama Şimali Koreya Xarici İşlər Nazirliyi tərəfindən verilib. ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Jonqun arasındakı müzakirələrdə alınan qərarlara diqqət çəkilən açıqlamada deyilib ki, Tramp 1 və 3-cü görüşlərdə Kimə Şimali Koreya ilə ABŞ arasındakı manevrləri durdurma sözü verib.

Açıqlamada həmçinin, Şimali Koreyanın nüvə silah sınaqlarını durdurmasına dair rəsmi bir müqavilənin olmadığı vurğulanıb.

Qeyd edək ki, Trampla Kim Çen İn ilk dəfə 2018-ci ildə görüşmüşdü. Burada nüvə sınaqlarının dayandırılması və qalıcı sülhhə dair razılıq əldə edilmişdi. İki lider 2019-ci ildə Viyetnamda bir dəfə də görüşmüş, lakin bu görüş razılıq olmadan sona çatmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR