Hakerlər kiberhücumlar üçün “Windows” sisteminin boşluğundan istifadə edirlər

Hakerlər kiberhücumlar üçün “Windows” sisteminin boşluğundan istifadə edirlər
16:35 16 İyul 2019
Ölkə mətbuatı
A- A+

“Eset” antivirus istehsalçısı “Windows” əməliyyat sistemlərində aşkar edilmiş “sıfır gün” boşluğundan istifadə edən “Buhtrap” haker qruplaşmasının aktivliyi haqqında məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Win32k.sys” komponentində aşkar edilmiş boşluq kibercinayətkarlara şərqi avropalı istifadəçilərə qarşı hədəfli hücumlar həyata keçirməyə imkan verib.

 

Mütəxəssislərin sözlərinə görə, sözügedən haker qruplaşmasının hədəfi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində dövlət və ictimai təşkilatlar barəsində kibercasusluq etmək olub.

 

Əvvəlki kampaniyaların araşdırılması nəticəsində məlum olub ki, cinayətkarlar çox vaxt zərərverici proqramları qanuni sertifikatlarla imzalayırlar, tələ kimi isə sənədlərdən ibarət fayl bərkitmələrindən istifadə edirlər.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-61876-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR