Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb

Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb
16:47 16 İyul 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin sabiq şəxsi heyət üzrə müavini mərhum general-mayor Mə­həmməd Abbasquliyevin oğlu Əli Abbasquliyev DSX Akade­mi­yasında təhsilini başa vuraraq sərhədçi zabit kimi xidmətə başlayıb.
"Report"un məlumatrına görə, DSX-nin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev DSX Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimində leytenant rütbəsini Ə.Abbasquliyevə təqdim edib.
E.Quliyev Ə.Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib. Xidmət rəisi sər­hədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gə­ləcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xid­məti (DSX) Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilib. 


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/merhum-generalin-oglu-dsx-da-xidmeye-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR