Məşhur serial ölmüş obrazı dirildir (VİDEO)

Məşhur serial ölmüş obrazı dirildir (VİDEO)
05:51 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin özəl telekanallarından birində nümayiş olunan, geniş tamaşaçı kütləsinə sahib “Karadayı” serialının yeni seriyasının anonsu çaşqınlıqla qarşılanıb. ANS PRESS-in məlumatına görə, 94-cü seriyanın anonsunda Necdet, ötən ilin aprelində öldürdüyü prokuror Turqutdan (Yurdaer Okur) məktub alır. Məktubun Turqutun öz səsi ilə səsləndirilməsi isə Necdetlə yanaşı tamaşaçıları da şoka salıb. Məlumata görə, serial pərəstişkarları ciddi şəkildə, “prokuror Turqut seriala gerimi qayıdacaq?” – deyə düşünməyə başlayıb.

Qeyd edək ki, “Karadayı”nın sürprizlərlə dolu yeni seriyası yanvarın 19-da nümayiş olunacaq.

Yurdaer Okur “Karadayı”dan ölərək ayrıldıqdan sonra “Reaksiyon” serialında çəkilməyə başlamışdı. Həmin serialın yayımı isə bir müddət sonra dayandırılmışdı. “Karadayı” isə “Paramparça” serialının başlaması ilə reytinq siyahısında ilk yerdən 3-cü yerə düşüb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR