"Tour d`Azerbaidjan-2015" veloyürüşündə üç velosipedçi irəlidədir (FOTO)

"Tour d`Azerbaidjan-2015" veloyürüşündə üç velosipedçi irəlidədir (FOTO)
14:48 10 May 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 may /Trend/

Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d`Azerbaidjan-2015” beynəlxalq veloyürüşünün yekun – Bakı mərhələsi start götürüb.

Trend-in məlumatına görə, veloyürüşçülər Bakı trasında 143,8 kilometr məsafə qət etməlidirlər. Bu yürüş birinci Avropa Oyunlarının velosiped yarışlarının marşrutu üzrə keçirilir.

Hazırda üç veloyürüşçü – “Eyrqas Seyfvey” komandasından Ester, “Rusvelo” komandasından Yevtuşenko və “Sislinq Akademiya” komandasından Silbersteyn irəli çıxıblar.

Dörd mərhələdən sonra ümumi hesabda “Adria Mobayl” komandasından Marko Kump liderdir. O, “Synergy Baku” komandasının nümayəndəsi Maksim Averini qabaqlayır. Dağ veloyürüşçüləri arasında lider isə “Synergy Baku” komandasından Aleksandr Surutkoviçdir. “Dukla” komandasının təmsilçisi Frantişek Sisr ən yaxşı gənc veloyürüşçüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2393404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR