15 nəfəri xilas edən müsəlmana “Legion” ordeni verilə bilər

15 nəfəri xilas edən müsəlmana “Legion” ordeni verilə bilər
06:56 16 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə terrorçuların hücumuna məruz qalan yəhudi marketində 15 nəfəri xilas edən malili müsəlman Lassana Batiliyə Fransa vətəndaşlığı və ölkənin ən ali təltifi olan “Legion” (Legion d'Honneur) ordeni verilməsi üçün imza kampaniyası başladılıb. ANS PRESS-in məlumatına görə, imza kampaniyasına 270 mindən çox insan öz imzası ilə dəstək verib. Fransa prezidenti Fransua Olland isə şəxsən zəng vuraraq Batilini cəsarətinə görə təbrik etmişdi.

Qeyd edək ki, Lassana Batili terrorçuların hücumuna məruz qalan marketdə 15 nəfəri soyuducu otağa apararaq gizlətmiş və onların sağ qalmasına səbəb olmuşdu.

24 yaşlı müsəlman mətbuata verdiyi açıqlamada, hadisə zamanı otağın işığını söndürdüyünü, soyuducunu elektrik enerjisindən ayırdığını demişdi: “Gizlətdiyim şəxslərə sakit və soyuqqanlı olmalarını tapşırdım və daha sonra gəlib onları xilas edəcəyimi dedim”.

Artıq kampaniya ilə bağlı ilk müjdəli xəbər verilib və Fransa daxili işlər naziri Bernar Kaznevin Lassana Batiliyə vətəndaşlıq veriləcəyini açqladığı bildirilib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR