Hindistanda dəhşətli sel nəticəsində 67 nəfər həyatını itirdi - FOTOLAR

Hindistanın şərq və şimal-şərqində son bir neçə gündür hökm sürən şiddətli yağışların səbəb olduğu seldə ən az 67 nəfər həyatını itirib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, selin ən yüksək olduğu Bihar, Uttar Pradeş və şimal-şərq əyalətlərində təxminən 300 min nəfərin yardım düşərgələrinə yerləşdirildiyi bildirilib.

Meghalayada şiddətli yağışların səbəb olduğu torpaq sürüşməsində yollar və bəzi binalar zərər görüb. Mizoramda çay sularının daşması nəticəsində 32 kənd sular altında qalıb, ən az min ailə köçürülüb. Assamda yerləşən Kaziranga Beynəlxalq Parkının 90 faiz hissəsi sular altında qalıb, aralarında 1 fil və 4 gərgədan olmaqla 30 heyvanın tələf olduğu deyilib.

Vəzifəli şəxslər selin hökm sürdüyü bölgələrdə xilasetmə işlərinin davam etdiyini bildirib.






https://metbuat.az/news/1226209/konteyneri-neheng-foto-aparat-halina-getirdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR