Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb
21:57 17 İyul 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb. 
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə zamanı "VAZ-2115"in sürücüsü Şükürov Ruslan Balacan oğlu da xəsarət alıb. Bununla da qəza zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb. 
Qeyd edək ki, hadisə Göylər kəndində qeydə alınıb. "VAZ-2115" və "QAZ-31" markalı avtomobillərin toqquşması nəticəsində Şamaxı sakini, "QAZ-31" markalı avtomobilin sürücüsü, 68 yaşlı Kərimov Hücrət Ağasəlim oğlu, Kürdəmir sakinləri - 26 yaşlı Şükürov Saleh Taleh oğlu, 23 yaşlı Qəhrəmanov Elməddin Elşad oğlu, 22 yaşlı Səfərov Qabil Habil oğlu və 33 yaşlı Mürsəlov Elvin Eynulla oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.

***21:06
Şamaxıda baş verən yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Şamaxı sakini, "QAZ-31" markalı avtomobilin sürücüsü, 68 yaşlı Kərimov Hücrət Ağasəlim oğlu, Kürdəmir sakinləri - 26 yaşlı Şükürov Saleh Taleh oğlu, 23 yaşlı Qəhrəmanov Elməddin Elşad oğlu, 22 yaşlı Səfərov Qabil Habil oğlu və 33 yaşlı Mürsəlov Elvin Eynulla oğludur.
Fakt araşdırılır.

***19:37
Şamaxı rayonunda yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göylər kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2115" və "QAZ-31" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samaxida-bas-veren-yol-qezasinda-xesaret-alanlarin-sayi-artib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR