Evdə ağrıkəsici maz hazırla - Əzələ-oynaq ağrıları üçün

Evdə ağrıkəsici maz hazırla - Əzələ-oynaq ağrıları üçün
22:32 17 İyul 2019
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Gündəlik rast gəlinən ağrıların böyük hissəsi əzələ ağrılarıdır. Bu ağrılar əleyhinə müxtəlif mazlar, kremlər var.

Milli.Az medicina.az-a istinadən gündəlik həyatınızda sizə çox lazım olacaq möcüzə bir mazın reseptini təqdim edir. Aptekə getməyə gərək yoxdur, bütün ailə üçün bu mazı hazırlaya bilərsiz.

Tərkibi:

Kokos yağı - 50 qr
Dəfnə yarpağı - 10 ədəd
2 yemək qaşığı bal
9 damcı nanə arağı
5 damla qərənfil yağı

Əgər əlinizdə bu yağlardan yoxsa, darçın yağı və ya çobanyastığı  yağından da istifadə edə bilərsiz.

Hazırlanma qaydası.

Hindisdan qozu (kokos) yağını kasaya qoyun, üzərinə 10-12 ədəd dəfnə yarpağı, balı  əlavə edin,  mikrodalgalı sobada  1 dəqiqə boyunca yağla qarışsın. 9 damla nanə arağını, 5 damla qərənfil yağını əlavə edin. Taxda qaşıq vasitəsilə qarışdırın. Daha sonra qarışımı təmiz bir qaba yerləşdirin. Otaq tempuraturunda bir müddət saxlayın.

İstifadə zamanı  kremin bir hissəsini əlinizə götürün, ağrıyan nahiyəyə 5 dəqiqə boyunca masaj edərək  ovun.

Kremi açıq yaralara və gözə toxundurmaq olmaz.

Allergiya olarsa, kremi tez yuyun və bir daha istifadə etməyin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/771570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR